lombard
12:47
421

Avtomobillərdən oğurluq edən şəxslər yaxalanıb

Yasamal rayonunda “Toyota” markalı avtomobildən 3 min manat və 150 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Adəm Bağırov rayon polis idarəsinin 29-cu polis şöbəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Əlahiddə Çevik Polis Alayının və Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin əməkdaşları rayon ərazisində “Great wall” markalı avtomobildən 1500 manat və içərisində sənəd olan çanta oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Anar Axundovu saxlayıblar. Onun digər əməllərinin də üstü polis əməkdaşları tərəfindən açılıb. A.Axundovun daha iki avtomobildən pul, mobil telefon, sənəd, bəzək əşyaları və parfümeriya oğurladığı da müəyyən edilib.

(AZƏRTAC)

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ